Yeni Sənaye Standartı

ELBA Şirkəti
Haqqımızda

Biz Azərbaycanda qürurla istehsal edən qeyri-üzvi kimya üzrə strateji platformayıq. Proses intizamı, keyfiyyət sabitliyi və təchizat zəncirinin etibarlılığı üzərində qurulmuşdur.

İndustrial Profil

Şirkətə Baxış və Texnoloji Güc

ELBA Chem regional kənd təsərrüfatı və sənaye üçün yüksək təmizlikdə SOP və kimyəvi məhsullar təmin edən qabaqcıl istehsalat infrastrukturuna malikdir.

Yüksək Texnologiyalı İstehsalat

Mannheim Texnologiyası ilə SOP İstehsalı

ELBA Chem Azərbaycanın ilk inteqrasiya olunmuş Kalium Sulfat (SOP) istehsalçısıdır. Bizim strateji platformamız həm daxili bazarın təminatına, həm də ixraca yönəlmişdir. İstehsalat zənciri beynəlxalq standartlara tam cavab verir.

FAO 2019 Standard
Gübrə keyfiyyətinə tam zəmanət
Əlavə Məhsullar
Hidroxlor turşusu (HCl) istehsalı
10,000 t
İlkin İllik İstehsal Gücü
*İnfrastruktur gələcəkdə 40,000 tona qədər artırılmaq üçün hazır vəziyyətdə qurulmuşdur.
Strateji Baxış

Missiyamız və Vizyonumuz

Missiya

Yüksək Keyfiyyət və Dəyər

Bölgənin kənd təsərrüfatı və sənaye sektorlarını yüksək keyfiyyətli məhsullarla təmin etmək, ölkə iqtisadiyyatına əlavə dəyər qatmaq.

HƏDƏFİMİZ
Vizyon

Qlobal İxraca Keçid

İdxalı ixracla əvəz etmək və qonşu ölkələrlə yeni ticarət imkanları yaratmaq. Sənayedə güclü və daimi regional liderliyə nail olmaq.

STRATEJİ VİZYON
KORPORATİV ŞÜARIMIZ

“Prosesdən məhsula. Vizyondan tarlalara.” — Bu prinsip sayəsində biz hər bir addımımızda tam məsuliyyət və peşəkarlıq daşıyırıq.

Təsisçilərin Müraciəti

İndustrial Baxış və Fəlsəfə

Haqqında

Əbdülhüseyn Abdullayev Azərbaycanda kənd təsərrüfatı, aqro-kimya və sənaye sahələrində zəngin təcrübəyə malik olan tanınmış sahibkar və iş adamıdır. O, 1996-cı ildən etibarən ölkənin kənd təsərrüfatı bazarında lider mövqeyə sahib olan və etibar qazanan EMA QSC-nin rəhbəridir. Əbdülhüseyn Abdullayev strateji rəhbərlik, layihələrin idarə olunması və sənaye investisiyaları sahəsində dərin biliklərə malikdir. Dövlətin strateji prioritetləri və iqtisadiyyatın şaxələndirilməsi çərçivəsində, o, ölkənin ilk özəl gübrə istehsalı müəssisəsi olan ELBA CHEM QSC layihəsinin əsas təsisçisi və səhmdarlarından biridir.

Əbdülhüseyn Abdullayev
Sənaye StrategiyasıƏbdülhüseyn Abdullayev

Hörmətli Ziyarətçilər və Əziz İş Əməkdaşlarımız,

Bakıda, Azərbaycanın ilk və yeganə özəl təşəbbüs gübrə zavodunun qurulmasında iştirak etməkdən və bu layihənin bir hissəsi olmaqdan böyük fəxr və məmnuniyyət duyuram. Bu investisiya ilə, bölgənin kənd təsərrüfatı və sənaye sektorlarına yüksək keyfiyyətli məhsullar təqdim etməklə yanaşı, iqtisadi inkişafın və iqtisadiyyatımıza əlavə dəyər qatmağa böyük önəm verirəm.

Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi və dövlətimizin siyasi iradəsi ilə həyata keçirilən yüksək səviyyəli dəstək və təşviqlər sayəsində, bu layihənin gerçəkləşdirilməsi mümkün olmuşdur. Dövlətimizin strateji prioritetləri və idarəetmə səviyyəsinin üstün səviyyəsi, bu gələcək hərəkətimizin möhkəm təməlini qoymuş və uğur qazanmasına əlverişli şərait yaratmışdır.

İnfrastrukturumuz, müasir texnologiyalar və dayanıqlı prinsiplər əsasında inşa edilmişdir və hazırda illik 10,000 ton istehsal gücünə malik olsa da, bu rəqəm gələcəkdə, bazar şərtlərinə uyğun olaraq və mərhələli şəkildə, 40,000 tona qədər artırılacaqdır. Bu addımlar, bölgənin ehtiyaclarına daha səmərəli xidmət göstərmək məqsədi ilə həyata keçiriləcək Həmçinin, zavodda istehsal olunan və ölkəmizdə mövcud olmayan Hidroxlor Turşusu (HCL) kimi məhsullar üzərində də çalışmaları davam etdiririk. Bu məhsulla bağlı da, idxal yerinə, bölgədə ixrac imkanlarını araşdırmaq və ölkə iqtisadiyyatına daha da böyük töhfələr vermək məqsədindəyik.

Əlaqələrimizi gücləndirmək və regionun sosial-iqtisadi inkişafını dəstəkləmək üçün, müasir infrastruktur və təcrübəli komandamızla, Azərbaycan və qonşu ölkələrin kənd təsərrüfatı və sənaye sektorlarına davamlı, innovativ və etibarlı həllər təqdim etməyə davam edəcəyik. Güclü və davamlı tərəfdaşlıq qurmaq ən böyük arzumuzdur. Sizin dəstəyiniz və inamınız bizim üçün ən dəyərlidir. Gələcək uğurlara birgə nail olmaq ümidi ilə, sizlərə təşəkkür edir, hörmətlə salamlayıram.

ELBA CHEM & EMA QSC Joint Venture2024
İdarəetmə Heyəti

Korporativ İdarəetmə və Ekspertlər

Deniz Aslan

Deniz Aslan

Satış ve Pazarlama Müdürü
19 il peşəkar fəaliyyət

PEŞƏKAR BİOQRAFİYA

Deniz Aslan, 8 yılı aşkın süredir tarımsal gübre ve pestisit sektöründe satın alma ve ithalat süreçlerinde aktif olarak görev yapmaktadır.

2018 yılından bu yana EMA A.Ş.'de Dış Ticaret Müdürü olarak görevini sürdüren Deniz Aslan; küresel tedarik zinciri yönetimi, uluslararası sözleşmeler, ürün ithalatı ve lojistiğin organizasyonu ile şirketlerarası iş ilişkilerinin yönetimi alanlarında uzmanlaşmıştır.

2024 yılından itibaren ELBA Chem QSC'de Satış ve Pazarlama Müdürü olarak şirketin satış stratejisinin oluşturulması, müşteri portföyünün yönetimi, ihracat pazarlarının geliştirilmesi ve pazarlama faaliyetlerinin yürütülmesi alanlarında liderlik üstlenmektedir.

19 yıllık profesyonel kariyeri boyunca tarım, devlet ekonomi projeleri, eğitim, otel ve restoran işletmeciliği gibi çeşitli sektörlerde dış ticaret, proje geliştirme ve yönetimi, iş geliştirme, halkla ilişkiler, pazarlama ve reklamcılık ile etkinlik organizasyonu alanlarında derinlemesine deneyim kazanmıştır.

Təhsil

Azerbaycan Dillər Universitesi'nde İngiliz Dili Filolojisi alanında lisans, İngiliz Dili Dilbilimi alanında yüksek lisans derecesini tamamlamıştır.

Dillər

İngilizce, Rusça, Türkçe ve Azerbaycanca dillerinde akıcı düzeyde iletişim kurmaktadır.

Orxan Hüseynov

Orxan Hüseynov

Satınalma və Logistika Departamentinin Rəhbəri
5 il peşəkar təcrübə
Rəşad Namazov

Rəşad Namazov

İstehsalat Şöbəsinin Müdiri
12 il kimya-texnologiya təcrübəsi
Fərid Qasımov

Fərid Qasımov

Keyfiyyətə Nəzarət Şöbəsinin Müdiri
10 il peşəkar təcrübə
Pərvin Eyvazova

Pərvin Eyvazova

SƏTƏM Şöbəsinin Müdiri
8 il SƏTƏM təcrübəsi